Ana SəhifəFotoAzay Quliyevin kütləvi görüşləri uğurla davam edir - FOTOLAR

Azay Quliyevin kütləvi görüşləri uğurla davam edir – FOTOLAR

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün 7-ci mikrorayonda bir sıra ünvanlarda seçicilərilə növbəti görüşünü keçirib.

Aktor.Az xəbər verir ki, Öncə Abay Kunanbayev 3-də seçicilərin müraciəti əsasında abadlaşdırılan məhəllənin sakinləri və ziyalıları ilə görülən işlər barədə danışılıb. Azay Quliyev ötən 4 il ərzində seçiciləri ilə müntəzəm şəkildə görüşdüyünü və onların hər bir müraciətini diqqətdə saxladığını bildirib.

Azay Quliyev deputat-seçici kommunikasiyasını daha da inkişaf etdirərək 2020-ci ildə ilk dəfə olaraq Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin istifadə etdiyi elektron kabinet (e-kabinet) yaratdığını deyib. O, bildirib ki, e-kabinet seçici müraciətlərinin daha operativ və səmərəli həllinə xidmət edir.

Görüşdən sonra Azay Quliyev Abay Kunanbayev küçəsi 3, 3A, 5A, 5B , 5V, 5/13, 7A, 7B və 10 ünvanlarında yerləşən binaların həyətlərini gəzərək sakinlərlə söhbət edib. A.Quliyev seçiciləri narahat edən problemlərin həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.

 

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments