SiyasətXəbər xətti

Müharibə veteranlarından Siyavuş Novruzovla bağlı birgə BƏYANAT

Bu gün bir qrup veteran təşkilatı millət vəkilliyinə namizəd, müharibə veteranı Siyavuş Novruzovla bağlı bəyanat yayıb.

Aktor.Az həmin bəyanatı təqdim edir:

“Hörmətli Həmvətənlərimiz!

Bildiyiniz kimi, 9 fevral 2020-ci il tarixində keçiriləcək Parlament seçkilərində 5 saylı Şahbuz-Babək seçki dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Əfqanıstan, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə, həmçinin Sədərək döyüşlərində fəal iştirak etmiş müharibə veteranı Siyavuş Novruzov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.

O, hər zaman müharibə və əmək veteranlarına, hərbi qulluqçulara, əlillərə, şəhid ailələrinə diqqət və qayğı göstərmiş, onların həyat və məişət şəraitinin daha da yaxşılaşdırılması üçün əlindən gələni əsirgəmişdir. Əminik ki, Siyavuş Novruzov yenidən Milli Məclisdə təmsil olunacağı halda xalqımızın layiqli nümayəndəsi kimi ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların həyata keçirilməsində, əhalinin rifahının daha da yaxşılaşmasında, sosial yönümlü qanunların qəbul olunmasında bundan sonra da fəal iştirak edəcək.

Hörmətli seçicilər, hamılıqla Siyavuş Novruzova səs verək!”

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu

“Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyi

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti

Bir cavab yazın