FotoXəbər xətti

Sabunçu Batalyonundan Səməd Vəkilova dəstək – FOTOLAR

28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Səməd Vəkilovun şəhid ailələri, qazilərlə görüşləri davam edir.

Deputatlığa namizəd bu dəfə 1993-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin çağrışı ilə Ağdam istiqamətində döyüşlərə könüllü qatılan Sabunçu Batalyonu döyüşçüləri ilə fikir mübadiləsi aparıb, onların problemləri ilə maraqlanıb.

Döyüşçülər bildiriblər ki, Səməd Vəkilov təcürbəli hüquqşünas olmaqla bərabər döyüş bölgəsində həqiqi hərbi xidmət keçmiş bir vətənpərvər ziyalıdır.

Görüşdə Sabunçu batalyonun komandirləri  – Zöhrab Nəsibov, Bakiq Quliyev, Vələhəd Mirzəyev, həmçinin döyüşçülər – Elşən Sədiyarov, İsabala Novruzov, Günyaz  Məlikov, Oruc Qarayev, Ağakərim Məmmədov, Əli Abbasov,Əhməd Vəkilov və Altay Tağıyev iştirak edib.

Xatırladaq ki, görüşdə iştirak edən deputatlığa namizəd Səməd Vəkilovun vəkili, Milli Ordunun ehtiyatda olan mayoru Afiq Cahangirov dəstəyə görə döyüşçülərə öz təşşəkürünü bildirib.

Görüşün sonunda onlar həmin ərazidə yaşayan bütün döyüşçüləri Səməd VƏKİLOVA səs verməyə cağırıblar.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-da keçiriləcək.