Millət vəkilliyinə namizəd Könül Quliyevadan gələcək Parlamentə maraqlı təklif
Tərtər Rayonundan millət vəkilliyinə namizəd hüquqşünas Könül Quliyeva yeni seçiləcək Parlamentə maraqlı layihə hazırlayıb. Hüquqşünasın 1998-ci ildə Avropa Şurası tərəfindən qəbul edilmiş “Ailə işlərində vasitəçilik” mövzusunda elmi araşdırmasının praktik nəticəsi olaraq, Ailə qanunvericiliyində vasitəçilik İnstitunun tətbiq edilməsidir. Hüquqşünas həmçinin qanunvericiliyə dəyişikliklərlə bağlı təklif hazırlayıb.Təklifə edilən dəyişikliyə əsasən nigahın pozulması ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilk öncə ailə işlərində vasitəçilərə müraciət edilməsi nəzərdə tutulur. Azinforum.az həmin təklifi təqdim edir:
“Ailə nigah münasibətləri” və “Ailə işlərində vasitəçilik” milli və beynəlxalq qanunvericilik konteksində.
İnsan fenomeni və onun təşşəkül tapdığı AİLƏ cəmiyyətin harmoniyasını təşkil edən ən böyük ünsürdür. Ailə, nigah münasibətləri dövlətin himayəsində olması ailə institutunun qorunması konteksində çox mühüm amildir. Ailə institutunun qorunması, mühafizəsi və inkişafı milli qanunvericilikdə həm əsas qanunumuz olan Konstitusiyada, həmçinin digər maddi hüquq normalarında öz əksini tapmışdır.
Azərbaycan Respublikası 1992-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra BMT ailəsinə qoşulmuş, həmçinin beynəlxalq birliyin müstəqil subyektinə çevrilmişdir. Özünün ali məqsədinin, hüququn aliliyi, insan hüquq və azadlıqlarının təmin olunması olduğunu elan edən Azərbaycan Respublikası BMT-nin qəbul etdiyi bir sıra Beynəlxalq Konvensiyaları radifikasiya edərək, öz qanunvericiliyinin tərkib hissəsinə çevirmişdir. Sözügedən konvensiya və beynəlxalq sənədlər insan hüquqlarına və o cümlədən ailə, nigah münasibətlərinə hüquqi təminatlar yaradır.
BMT-nin Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci A(III) qətnaməsi ilə qəbul və bəyan etdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 12-ci maddəsində ailə həyatına müdaxilənin yolverilməzliyini özündə ehtiva edir. Maddədə deyilir: “Heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla müdaxilə, evinin toxunulmazlığına, gizli məktublaşmalarına, şərəf və nüfuzuna özbaşınalıqla qəsd edilə bilməz. Hər bir insan bu cür müdaxilələrdən və ya belə qəsdlərdən qanunla müdafiə olunmaq hüququna malikdir”.
Sözügedən beynəlxalq sənədin 16-cı maddəsi isə nigah münasibətlərinə həsr edilmişdir. Maddənin məzmununa diqqət edək. 3 bənddən ibarət olan maddədə birinci bənddə irqi, milli, dini, əlamətlərinə görə nigaha məhdudiyyət qoyulmamasını təsbit edərək hüquq bərabərliyi əsasında müxtəlif etnik milli dini kimliyi olan şəxslərin nigaha girməsi hüququnu özündə ehtiva edir.
1. Yetkinlik yaşına çatmış kişilər və qadınlar irqi, milli və ya dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikah bağlamaq və ailə qurmaq hüququna malikdirlər. Onlar nikah bağlayarkən, nikah vəzyyətində olarkən və onun pozulması zamanı eyni hüquqlardan istifadə edirlər.
Sözügedən beynəlxalq sənədin 16-cı maddəsinin 2-3-cü bəndlərində nigahın məhz könüllülük prinsipi əsasında qurulmasını, həmçinin dövlətin himayəsində olması və dövlət tərəfindən qorunduğunu özündə ehtiva edir.
2. Nikah yalnız hər iki tərəfin sərbəst və tam razılığı ilə bağlana bilər.
3. Ailə cəmiyyətin təbii və əsas özəyidir və o, cəmiyyət və dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir.
Beynəlxalq sənədlər içərisində ən vacib sənədlərdən biri də məhz 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasıdır (ing. Convention on the Rights of the Child). Bu sənəd BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməsi impirativ olaraq təsbit edilmişdir. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqqında məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. Sözügedən konvensiya uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirmişdir. Bundan başqa uşaq hüquqlarına dair “Uşaq Hüquqları Üzrə” Cenevrə Bəyannaməsi, 1924, Uşaq hüquqları haqqında Konvensiyaya, uşaqlarla ticarət, uşaq fahişəliyi, uşaq pornoqrafiyası ilə əlaqədar Fakultativ Protokollarda qəbul edilmişdir ki, bu sənədlərdə uşaq hüquqlarının təmin olunması və uşaqların sağlam mənəvi mühitdə böyüməsi üçün bütün imkanları yaradır.
Baş Assambleyanın 16 dekabr 1966-cı il tarixli 2200-cü A (XXI) qətnaməsi ilə qəbulolunmuş İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 10-cu Maddəsi Ailə, uşaq və nigah hüquqları əksini tapmışdır.Maddədə deyilir: “Cəmiyyətin başlıca özəyi olan ailəyə imkan dairəsində, ələlxüsus onun yaranma dövründə və öhdəsinə kiçik yaşlı uşaqların böyüdülməsi və tərbiyə olunması məsuliyyəti düşdüyü zaman hərtərəfli mühafizə və kömək təmin olunmalıdır. Nikah ona daxil olanların razılığı ilə bağlanmalıdır”.
Azərbaycan Beynəlxalq Birliyin tamhüquqlu üzvü olduqdan sonra öz milli qanunvericiliyini beynəlxalq sənədlərə uyğunlaşdırmışdır. Beynəlxalq Konvensiyaların hüquqi qüvvəsini öz milli qanunvericiliyinin əsasını təşkil edən və birbaşa qüvvədə olan Azərbaycan Respublikası Konstitusiyasını 151-ci maddəsində əksini tapmışdır. Maddədə deyilir: “Beynəlxalq aktların hüquqi qüvvəsi, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir”.
Təsadüfi deyil ki, Konstitusiyon quruluşuna və əsas qanunlarına görə özünün əsas qayəsinin sosial dövlət olduğunu irəli sürən Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiyanın 17-ci maddəsində ailə, uşaq və dövlət münasibətləri təsbit edilmişdir.
Maddədə deyilir:
I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.
II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Maddədən göründüyü kimi ailə institutunun qorunması və onu təşkil edən subyektlərin hüquqlarının təmin olunmasını, dövlətin nəzarət etməsini nəzərdə tutur. Həmçinin dövlətin ixtisaslaşmış institutları ailə münasibətləri ilə bağlı hüquq pozuntuların statistikasını apararaq ümumiləşdirir. Lakin ailə münasibətləri ilə bağlı pozuntuların statistikası araşdırılarkən məsələyə yalnız nigah münasibətlərinin subyektləri arasında baş vermiş hüquq pozuntusu kimi deyil, kompleks sosial-mədəni və psixoloji hadisə kimi dəyərləndirilməlidir. Nigah münasibətlərinin pozulması və yetkinlik yaşına çatmayan uşaqların valideyin himayəsindən məhrum olması nəticə etibarı ilə onların sağlam mənəvi mühitdə böyüməməsi, onların gələcəkdə cinayət törətməyə olan meyilləri və.s. məsələlər də kriminoloji konteksdə araşdırılmalıdır.
İnsan Hüquqlarının və Əsas Azadlıqları Müdafiəsi Haqqında Avropa Konvensiyasının 8-ci maddəsindəşəxsi və ailə həyatına hörmət hüququ təsbit edilmişdir. Maddədə deyilir: “Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir”
Nigah münasibətlərinin hüquqi aspektlərini daha dolğun araşdırılması zamanı qanunvericilikdə hüquqi təminatlara diqqət edilməlidir. Milli qanunvericiliyin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının digər maddələrində nigah münasibətləri təsbit edilmişdir. Ailə münasibətlərinin ən vacib komponenti məhz nigah münasibətləridir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsində deyilir:
I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.
II. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
III. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.
IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
V. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.
Nigah qanunla müəyyən edilmiş şərtlərlə və qaydalara riayət etməklə kişi ilə qadın arasında bağlanmış, onlar üçün qarşılıqlı şəxsi hüquq, əmlak hüququ və vəzifələri yaradan, ailənin təşkilinə yönəldilmiş, ömürlük, azad, könüllü, bərabər hüquqlu bir ittifaqdır.
İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının 12-ci maddəsində nigah hüququ təsbit olunmuşdur. Maddədə deyilir: “Nikah yaşına çatmış kişilər və qadınlar bu hüququn həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər”.
Göründüyü kimi milli və beynəlxalq qanunvericilikdə ailə, uşaq və nigah münasibətlərinin bütün aspektləri öz əksini tapmış və bütün hüquqi təminatlar təsbit olunmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi ailə-nigah münasibətlərini təkcə iki şəxsin arasında həyata keçirilən hüquqi akt kimi dəyərləndirmək yanlış olardı. Ailə-nigah münasibətlərini inzibati üsullarla qorumağın mümkün olmadığı heç bir şübhə doğurmur. Həmçinin nigahların pozulmasının dünyada artım dinamikası ailə institutunun qorunmasını dünyada aktuallıq kəsb edən ən vacib hüquqi problemlərdən birinə çevirir. Qloballaşma fonunda müxtəlif ölkə vətəndaşlarının bir-birləri ilə ailə, nigah münasibətlərinə girməsi və sonradan nigahının pozulması nəticəsində birgə nigahdan doğulan uşağın hansı valideynin yanında qalması, digər valideyinlə ünsiyyət problemləri, uşağın təhsil və sağlam böyüməsi ilə bağlı digər məsələlər Avropa Şurasının da diqqət mərkəzində olan məsələlərdən biridir. Təsadüfi deyil ki, Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 21 yanvar 1998-ci il tarixdə Ailə işlərində vasitəçiliklə bağlı R(98) 1N-li Tövsiyyələr qəbul etmişdir.
Avropa Şurasının Nazirlər Komitəsi Tövsiyyələrində xüsusi ilə vurğulanır ki, boşanma və ayrılma zəminində yaranan ailə mubahisələrinin sayının artmasını qəbul edərək və həmin mubahisələrin ailələrə olduqca mənfi təsirini nəzərə alaraq, geniş şərh edir.
1. Avropa Şurasının Əsasnəməsinin 15.b maddəsinə müvafiq olaraq Nazirlər Komitəsi;
2. Xüsusilə boşanma və ayrılma zəminində yaranan ailə mübahisələrinin sayının artmasını qəbul edərək və həmin mübahisələrin ailələrə olduqca mənfi təsirini həmçinin dovlətə iqtisadi və sosial baxımdan baha başa gəlməsini qeyd edərək;
3. Xüsusilə boşanma və ayrılma məsələlərindən irəli qələn himayəlik və uşaqla göruşmə baxımından, beynəlxalq alətlərdə gostərildiyi kimi, uşağın maraqlarının və onun rifahının müdafiəsinin təmin edilməsi prinsipini rəhbər tutaraq;
4. Mübahisələrin qarşılıqlı razılaşma yolu ilə həll edilməsi vasitələrinin inkişaf etməsinə və ailə üzvlərinin xeyri üçün münaqişənin azaldılmasında ehtiyacın olmasına istinad edərək;
5. Ailə mübahisələrinin xüsusiyyətlərinin mövcudluğunu qəbul edərək, daha dəqiq;
a). Ailə mübahisəsində bir-birindən asılı və davamlı ünsiyyətdə olacaq şəsxlərin iştirakını nəzərdə tutması faktı;
b). Ailə mübahisələrinin emosional stress zəminində yaranması və onun daha da artırılması faktı;
v). Ayrılmanın və ya boşanmanın ailə üzvlərinin hamısına, xüsusilə uşaqlara təsir gostərməsi faktı;
Ailə işlərində vasitəçiliklə bağlı Avropa Şurasının Nazirlər Komitəsinin tövsiyyələrində vasitəçilik institutunun geniş tətbiq edilməsinin əhəmiyyəti vurğulanır. Qərbi Avropanın inkişaf etmiş bir sıra ölkələrində nigahın pozulması ilə bağlı məhkəməyə birbaşa müraciət nəzərdə tutulmamışdır. Həmin ölkələrin milli qanunvericiliyi nigahın pozulması ilə bağlı məhkəmədən əvvəl vasitəçilik qurumlarına müraciət nəzərdə tutur. Yalnız bundan sonra məhkəməyə müraciət etmək hüququ verilir. Bu hal Azərbaycan milli qanunvericiliyinə, Ailə Məcəlləsinə əlavə edilə bilər. Həmçinin bildirmək lazımdır ki, Azərbaycan xalqının milli adət ənənəsində min illərin sınağından çıxmış ağsaqqallıq institutu inkişaf etdirilərək, məhz Ailə işlərində və digər mülki işlərdə məhkəmədən kənar alternativ həll alətinə çevrilməlidir. Bu məsələ hüquqi aspektlərinin işlənməsində vətəndaş cəmiyyəti institutları o cümlədən insan hüquqları ilə məşğul olan ixtisaslaşmış QHT-lər və elmi tədqiqat institutları da öz tövhəsini verməlidir.
Avropa Şurasının Nazirlər Komitəsinin Ailə işlərində tövsiyyələri öyrənilərkən Uşaq Huquqlarının İcra Edilməsinə dair Avropa Konvensiyasına, daha dəqiq uşaqlara təsir gostərən mübahisələrdə vasitəçilik və sair proseslərin təmin edilməsini nəzərdə tutan 13-cü maddənin aşağıdakı müddəalarına xüsusi diqqət yetirilməlidir.
Ailə mübahisələrində vasitəçiliyin istifadəsinin, üzvlər arasında əlaqələrin təkmilləşdirilməsi, mübahisə tərəfləri arasında münaqişə amilinin təsirinin azaldılması, qarşılıqlı şəkildə münasib olan həll yollarının müəyyən edilməsi, valideynlər və uşaqlar arasında şəxsi ünsiyyətin davamlılığının təmin edilməsi, tərəflərin özlərinə və ümumiyyətlə dövlətə ayrılmanın və boşanmanın sosial və iqtisadi dəyərinin azaldılması, münaqişənin həlli üçün sərf olunan vaxt müddətinin azaldılması kimi məsələlərə dair imkanlara malik olmasını göstərən vasitəçilik və təcrübələrin istifadəsinə dair tədqiqatın bir neçə ölkədə əldə edilmiş nəticələrini nəzərə alaraq, aşağıdakı məsələlərin zəruriliyini nəzərə almalıdır.
Tövsiyyələr, xususilə boşanma və ayrılma zamanı əmələ gəlmiş ailə mübahisələrinin həllinə aid olan sistemlərə aid edilir ki,
a. Konsessiyaya əsaslanan yanaşma təşviq edilsin və bununla da, ailə uzvlərinin maraqlarının müdafiəsi məqsədilə mübahisənin həcmi azaldılsın;
b. Xüsusilə uşaqların valideynlərin biri ilə qalması və onlarla görüşmək məsələlərində razılığın əldə edilməsi vasitəsilə uşaqların ən yüksək maraqlarının və müvafiq həyat tərzlərinin müdafiə olunması nəzərə alınsın;
c. Ailənin dağılmasının və nigahın ləğv edilməsinin mənfi (dağıdıcı) təsiri minimallaşdırılsın;
d. Xususilə valideynlər və uşaqlar arasında olan ailə uzvləri arasında olan munasibətlərin davam etməsi dəstəklənsin;
e. Ayrılmanın və boşanmanın həm ailələrə, həm də boşanmalara olan mənfi sosial və iqtisadi təsirlərinin (xərclərin) azaldılması.
Məsələnin aktuallıq kəsb etməsinin şərtləndirən əsas amillərdən biri də məhz müxtəlif ölkə vətəndaşlarının nigahının pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin himayəsində qalması və digər ölkədə yaşayan valideyinlə ünsiyyət məsələsində xeyli problemlər yaradır.
Məsələnin hüquqi aspektlərini araşdırarkən məlum olmuşdur ki, müxtəlif ölkə vətəndaşlarının arasında bağlanmış nigah pozularkən həmin dövlətlər arasında bağlanmış hüquqi yardım haqqında iki tərəfli müqavilələr diqqətlə araşdırılmalıdır.
Nümunə üçün qeyd edək ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında bağlanmış iki tərəfli müqaviləyə əsasən iki ölkədə mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi üzrə yenidən digər ölkədə həmin iş üzrə baxışın keçirilməsinə yol verilmir və hər iki ölkə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hüquqi nəticələrini tanıyır. Lakin təcrübədə məhkəmə oraqanları məhz belə iki tərəfli hüquqi yardım haqqında olan müqavilə müddəlarını diqqətə almadan digər ölkədə baxılmış mülki və ailə işləri üzrə yeni və tamam fərqli qətnamələr qəbul edirlər.
Məsələnin hüquqi aspektləri araşdırılarkən onu da qeyd etmək lazımdır ki, Avropa Şurasının üzvü olan dövlətlərin məhz Avropa İnsan Hüquqları Məhkəməsinin yuridiksiyasına daxil olması və Avropa İnsan Hüquqları məhkəmsinin presidentlərinin milli məhkəmələrinə tətbiq edilməsində beynəlxalq təcürbənin tətbiq edilməsi baxımından əhəmiyyətlidir.
Vasitəçilik institutunun daha dərin öyrəniləməsi və milli qanunvericiliyə tətbiq edilməsi ailə münaqişələrinin həllində və boşanmaların qarşısının alınmasında mühüm rol oynaya bilər. Milli qanunvericiliyə diqqət etsək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 4-cü fəslinin 17, 19-ci maddələri nigahın məhkəmədənkənar və məhkəmə yolu ilə pozulmasını nəzərədə tutur. Ailə Məcəlləsinin 19-cu maddəsində deyilir: “19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir”.
Göründüyü kimi Ailə Məcəlləsində nigahın pozulması ilə bağlı əlavə prosedurlar vasitəçilik məsələsi nəzərdə tutulmamışdır. Lakin Qərbi Avropanın inkişaf etmiş ölkələrində məhz nigahın pozulmasından əvvəl vasitəçilik qurumlarının rəyinin öyrənilməsi və nigahın pozulmasının qarşısının alınması ilə bağlı bütün tədbirlər tükəndikdən sonra məhkəməyə müraciət nəzərdə tutulur. Hesab edirik ki, bu cür prosedur Azərbaycan Respublikası Ailə Məcəlləsinə əlavə edilməlidir.
Bildiyimiz kimi, Azərbaycan Respublikası 15 aprel 2002-ci il tarixdən Azərbaycan Respublikası «İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında» Avropa Konvensiyasını ratifikasiya edərək onun yuridiksiyasına daxil olmuşdur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli (5 №li) qərarına əsasən məhkəmələr işə baxarkən Avropa Məhkəməsinin presidentlərini tətbiq etməlidir.
Ailə işlərində vasitəçilik məsələsinin nəzəri hüquqi və təcrübi nöqteyi nəzərdən qiymətləndirərək aşağıdakı təklifləri irəli sürməyi zəruri hesab edirəm.
- Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 21 yanvar 1998-ci il tarixdə Ailə işlərində vasitəçiliklə bağlı R(98) 1N-li Tövsiyyələri ilə bağlı elmi praktik konfranslar təşkil edilməlidir;
- Kriminoloji araşdırmalar zamanı cinayət törədən şəxslərin ailə durumu araşdırılmalı, bu yöndə ümumiləşdirmələr və profilaktik tədbirlər görülməsi təmin olunmalıdır;
- Ailə işlərində vasitəçiliklə bağlı qurumlar formalaşdırılmalıdır;
- Ailə işlərində vasitəçiliklə bağlı qanunvericliyə dəyişiklik edilməli, Ailə Məcəlləsinə nigahın pozulmasından əvvəl vasitəçilik institutlarında işlərin baxılması inperativ norma kimi daxil edilməlidir;
- Avropa Şurasının Nazirlər Komitəsinin Ailə işlərində vasitəçiliklə bağlı R(98) 1N-li Tövsiyyələri ixtisaslaşmış milli məhkəmələrdə geniş öyrənilməsi təmin olunmalıdır.
İstifadə edilmiş sənədlərin siyahısı.
1. Azərbaycan Respublikası Konstitusiyasının 17, 151-ci maddələri;
2. Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən 21 yanvar 1998-ci il tarixdə Ailə işlərində vasitəçiliklə bağlı R(98) 1N-li Tövsiyyələri;
3. Azərbaycan Respublikası Konstitusiyasının əsasları, İbrahim İsmayılov, Mübariz Əmirov, səh-56, Bakı təhsil nəşriyyatı;
4.Ailə Məcəlləsi 17,19-cu maddələr;
5. Uşaq Hüquqları üzrə Beynəlxalq Konvensiya;
6. Uşaq Hüquqları üzrə Cenevrə Bəyənnaməsi;
7. İqtisadi, sosial, və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt; maddə 10.
8. BMT-Ümumdünya İnsan Hüquqları Bəyannaməsi; maddə 12, 16
9. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyası;
10. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli (5№-li) qərarı;
SUMMARİY
Key words: Family Code, Children’s Rights, Family, Marriage Relations, Mediation in family issues
Family marital relationships assesses on article in both national and international context. At the first part of the article examines the legal provisions examined by theoretical legal issues. Meanwhile, national legislation deals with the Constitution, the Family Code, the Law on the Rights of the Child, the International Convention on Human Rights, the Universal Declaration of Human Rights, the International Convention on the Rights of the Child, and in the second part, the problems emerged of violation of marriage relations is the establishment of a mediation institute . Suggestions for solving the problem have been reflected.
РЕЗЮМЕ
Ключевые слова: Семейный Кодекс, Право Ребенка, Семейные, Брачные Отношения, Медиация в семейных делах.
В статье по двум аспектам дается оценка семейно-брачным отношениям: в контексте национального, и в контексте международного законодательства. В первой части статьи рассмотрены теоретически-правовые положения, изучены вопросы обеспечения законодательства.
В этом ряду, исследованы положения национального законодательства: Конституции, Семейного кодекса, законодательства о Правах Ребенка. В том числе, исследованы положения международного законодательства: Международных Конвенций, Всемирной Декларации о Правах Человека ООН, Международной Конвенции о Правах Ребенка.
А во второй части, отражены организация института медиации проблем в семейно-брачных отношениях, и предложения о решении проблем, возникающих в браке.
Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, Qadın və uşaq hüquqları departamentinin rəhbəri Könül Quliyeva
Azinforum.az