ManşetSiyasətXəbər xətti

SEÇKİ-2020: Elman Nəsirovun seçicilərlə görüşü davam edir – FOTOLAR

Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizədi Elman Nəsirov yanvarın 27-də təbliğat-təşviqat kampaniyası çərçivəsində Gülməmmədli, Şükürlü, Məmmədcanlı və Ətçələr kəndlərindən olan seçicilərlə görüşdü.

Elman Nəsirov görüşdə Prezident İlham Əliyevin həyata keçirdiyi dərinləşən islahatlar kursunun hər bir Azərbaycan ailəsinin sosial rifahının daha da yüksəldilməsi mənafeyinə xidmət göstərdiyini faktlar və arqumentlərlə əsalandırdı. O qeyd etdi ki, dövlət rəhbərinin həyata keçirdiyi siyasət sayəsində ölkəmizdə multikulturalizm həyat tərzinə çevrilmişdir. Müxtəlif etnosların və konfessiyaların daşıyıcıları ölkəmizdə bir ailə kimi yaşayır. Bu, təkcə dövlət siyasəti deyil, həm də ictimai sifarişdir. Dünya bu həqiqətləri görür və yüksək qiymətləndirir. Elə bu səbəbdən də Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur.

Sonra seçicilər Yeni Azərbaycan Partiyasının namizədinin seçki platforması ətrafında fikir mübadiləsi apardılar.

Deputatlığa namizəd həmçinin seçicilərin qayğıları ilə maraqlandı, onların suallarına cavab verdi.