Deputatlığa namizəddən kobud qanun pozuntuları-FOTO/VİDEO
Deputatlığa namizəd Eldar Quliyev rektor olduğunu gizlədib.Mərkəzi Seçki Komissiyası təcili araşdırmalara başlamalıdır.Kanal32.az-ın məlumatına görə,28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Eldar Quliyev Maştağada qəsəbəsinin Mədəniyyət evində Bilgəh, Nardaran, Maştağa və Zabrat qəsəbələrinin sakinləri ilə görüşü zamanı ciddi qanunpozuntularına yol verməklə bərabər dövlətin iqtisadi-sosial siyəsətini özünün fəaliyyəti kimi təqdim edib.
Belə ki,o hətta bir qədər də irəli gedərək deyib ki,depuatı olduğu kəndlərin problemlərinin həlli ilə bağlı mən şəxsən prezident qarşısında məsələ qaldırmışam və 25 milyard manat pula ayrılıb.Bəli,düz oxudunuz,25 milayard manat…Azərbaycanın dövlət büdcəsindən çox…Özü də indi yoxa ha,düz 10-15 il bundan öncə…(Videonun 4:06-cı dəqiqəsindən 5:04-cü dəqiqəsinə diqqətlə dinləyin)
Böyük alim(?),”qayğıkeş rektor” Eldar müəllimin “danılmaz və əvəzedilməz xidmətləri” bununla da bitməyib.Deputatlığa namizəd heç çəkinmədən dövlət proqramı çərçivəsində və dövlət vəsaiti hesabına çəkilmiş yolları,tikilmiş məktəbləri,təmir olunmuş poliklinkanı,fasiləsiz elektirik enerjisi ilə təminatın ödənilməsi üçün 60 ədəd yeni transformatorun qoyulmasını da özünün və dostu Balababa Rzayevin fəaliyyəti kimi təqdim edib.Bununla da müstəqil namizəd ölkə başçısının bilavəstiə iradəsi ilə həyata keçirilən və dövlət siyasətinin tərkib hissəsi olan işlərin üstündən xətt çəkib.Sanki bu kişi olmasaymış Sabunçu rayonunun bu kənd və qəsəbələri batıb gedəcəkmiş… …(Videonun 7:29-cu dəqiqəsindən 10:50-ci dəqiqəsinə diqqətlə dinləyin)
Seçicilərini göz görə-görə aldadan sabiq millət vəkili,hazırkı deputatlığa namizəd Eldar Quliyevin nəzərinə çatdıraq ki,2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri 26 milyard 894 milyon 700 min manat məbləğində təsdiq edilib.
Deputatlığa namizəd Eldar Quliyev “unikal” bacarığı ilə dövləti də alda bilib.O,MSK-ya verdiyi məlumatda iş yerini və vəzifəsini gizləyib.Belə ki,Eldar Quliyev iş yeri və vəzifə kimi Azərbaycan Respublikası Milli Məcilisinin Aqrar Siyasət Komitəsinin sədr müavinliyini göstərib.Nədənsə,Korperasiya Universitetinin rektoru olmasını gizlədib.