Xəbər xətti

“Bilal Alarlı bütün mətbuatı və ictimaiyyəti aldatmağa çalışır” — Elman Nəsirov

68 saylı Cəlilabad seçki dairəsindən deputatlığa namizədliyi YAP tərəfindən irəli sürülmüş Elman Nəsirov Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Bilal Alarlının ittihamlarına cavab verib. Məsələ ilə Demokrat.az-a danışan Elman Nəsirov Bilal Alarlının ictimiyyəti və mətbuatı aldatdığını söyləyib:

“Bilal Alarlı yalandan mətbuatı və ictimaiyyəti aldadaraq iddia edir ki, guya mən uçuq məktəbdə görüş keçirmişəm. Bu tamamilə yalandır. Mənim Alar kəndindəki görüşüm mədəniyyət evinin binasında olub. Bu görüşlə bağlı fotolar mətbuatda da yayılıb. Əksinə, Bilal Alarlının bir müəllim kimi o məktəbdə dərs deməyə mənəvi haqqı çatmır”.

Deputat bildirib ki, Bilal Alarlı şər-böhtan danışdığına görə onu məktəblilərin yanına buraxmaq olmaz:

“Görün bu adam nə qədər saxtakardır ki, yalandan bütün mətbuatı və ictimaiyyəti aldatmağa çalışır. Bilal Alarlı kəndin adını özünə ləqəb götürüb. Onun buna haqqı çatmır. Bu adam təpədən dırnağa qədər saxtadır. Mənim haqqımda dediyi bu ittihamlara görə də özünü rüsvay etdi”.

Xatırladaq ki, Bilal Alarlı deputat Elman Nəsirov haqqında bir sıra ittihamlar səsləndirib.

Bir cavab yazın