DünyaGündəmManşetXəbər xətti

İstanbul teraktının təkilatçısı Tbilisidə məhv edildi

Ötən gün Gürcüstan paytaxtı Tbilisidə keçrilən antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən terrorçular arasında İstanbulun Atatürk hava limanında törədilən terror aktının təşkilatçılarından biri də var.

“Report” xəbər verir ki, bu, “Tək qol” ləqəbli terrorçu Əhməd Receboviç Çatayevdir.

Məlumata görə, Ə.Çatayev 2012-ci ildən terrorçu İŞİD qruplaşmasının dəstə başçılarından biri olan Ömər Şişani ilə birlikdə fəaliyət göstərib. Ə.Çatayev ötən gün Tbilisidə məhv edilib.

Qeyd edək ki, noyabrın 22-də Tbilisidə keçirilən antiterror əməliyyatı nəticəsində çeçen əsilli 3 terrorçu zərərsizləşdirilib, biri tutulub.

Onu da xatırladaq ki, 2016-cı il iyunun 28-də Türkiyənin Atatürk hava limanında 3 terrorçu-kamikadze terror aktları törədib. Üç partlayış nəticəsində 47 nəfər həlak olub, 250-yə yaxın insan xəsarət alıb.