FotoGündəmManşetSiyasətXəbər xətti

Qüdrət Həsənquliyevdən seçiciləri ilə möhtəşəm görüş – FOTOLAR

36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev seçicilərlə görüş keçirib. Xətai rayonunda yerləşən Hacı Zeynalabdin Tağıyev adına Toxuculuq Kombinatının klubunda baş tutan görüşdə Qüdrət Həsənquliyev seçicilərə öz platforması barədə məlumat verib.

BAXCP sədri dövlət quruculuğu, sosial və iqtisadi sahələrlə bağlı öz fikirlərini bölüşüb. Eyni zamanda islahatların önəmini vurğilayan Qüdrət Həsənqulyev təhsil, peşəkar ordu quruculuğu, özəl sektorla bağlı fikirlərini bölüşüb, Qarabağ probleminin həlli ilə bağlı düşüncələrini seçicilərin diqqətinə çatdırıb.

Qüdrət Həsənquliyev parlamentli respublika modelinə keçilməsininin, proporsional seçki sisteminin bərpa olunmasınınin, partiyaların və siyasi partiyalar blokunun parlamentdə 2/3-dən artıq yerə sahib olmaması üçün məhdudlaşdırıcı normaların qəbul edilməsinin, parlamentdə ən azı 3 siyasi partiyanın təmsil olunması üçün yeni Seçki Məcəlləsinin qəbul edilməsinin, 10 nəfər millət vəklinin fraksiya yaratmaq hüququnun tanınmasının vacibliyini vurğulayıb. BAXCP sədri həmçinin ümumi hərbi çağırış müddətinin 6 aya endirilməsinin, məhkəmə-hüquq sistemində islahatların davam etdirilməsinin, Korrupsiyaya qarşı Mübarizə Komissiyasının korrupsiyanın subyekti olmayan müstəqil şəxslərdən təşkil edilməsinin vacibliyini seçicilərin diqqətinə çatdırıb və digər məsələrlə bağlı fikirlərini bölüşüb.

Sosial sahə ilə bağlı danışan Qüdrət Həsənquliyev bildirib ki, pensiyalar orta ayllıq əməkhaqqının 80 faizinə qədər artırılmalı və minimum 500 manata çatdırılmalıdır. İlkin mərhələdə 15 yaşadək uşaqlara 25 manat, sonrakı mərhələlərdə isə 50 və 100 manat məbləğində müavinətlərin verilməsi, müəllimlərin əməkhaqlarının ilkin mərhələdə 2 dəfə artırılması, işsizlərin minimum əməkhaqqının 80 faizi (400 manat) mislində müavinətlə təmin olunmasının önəmini qeyd edib.
İqtisadi sahə ilə bağlı danışan BAXCP sədri bütün xidmət sahələrinin, dövlət mülkiyyətində olan istehsal və emal, əksər səhiyyə və təhsil müəssisələrinin özəlləşdirilməsini, habelə SOCAR-ın bir neçə yerə bölünərək özəlləşdirilməsini, özəlləşdirmə prosesində üstünlüyün yerli şirkətlərə verilməsini, bank-maliyyə sektorunda islahatların aparılmasını, Neft Fondunun vəsaitlərinin bir hissəsini yerli banklarda saxlamaqla sahibkarların ucuz kreditlərə çıxışının təmin edilməsini, inhisarçılığa son qoyulmasının vacibliyini seçicilərin diqqətinə çatdırıb.

Bir cavab yazın