Ana SəhifəKriminalBakıda polis əməliyyat keçirdi — Saxlanılanlar var

Bakıda polis əməliyyat keçirdi — Saxlanılanlar var

Bakı şəhər sakinlərindən külli miqdarda narkotik vasitə götürülüb.Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1993-cü il təvəllüdlü Nurlan Qurbanov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1,145 qram heroin aşkar olunaraq götürülüb.

Bundan başqa, Xətai RPİ-nin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Ağababayevdən 4,375 qram tiryək, Nəsimi RPİ-nin 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramal Məmmədovdan 1,652 marixuana, 376 qram heroin və 908 qram metamfetamin aşkar olunaraq götürülüb.

 

Araşdırmalar aparılır.

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments