GündəmManşetSiyasətXəbər xətti

“Cəmiyyətdə seçkilərə kifayət qədər maraq var” – Elməddin Behbud

“Namizədlərin təbliğat-təşviqat kampaniyasını aparmaları üçün geniş imkanlar mövcuddur. Həm yaradılan şərait, eyni zamanda, internet resurslarından istifadə namizədlərin tanınması və əhali qrupları ilə işləmələri baxımından geniş imkanlar yaradır”.Aktor.Az xəbər verir ki, bu sözləri secki-2020.az saytına açıqlamasında “Demokratik Azərbaycan naminə” İctimai Birliyinin sədri, siyasi-analitik Elməddin Behbud bildirib.

O qeyd edib ki, qarşıdan gələn parlament seçkilərinin şəffaf, demokratik mühitdə keçirilməsi üçün hər cür şərait yaradılıb: “Budəfəki seçkilər əvvəlki parlament seçkilərinə nisbətdə daha gərgin və rəqabətli mübarizə şəraitində keçəcək. Cəmiyyətdə seçkilərə kifayət qədər maraq var. Çünki həm namizədlərin çoxluğu müşahidə olunur, həm də müxtəlif sosial kateqoriyaları təmsil edən perspektivli və iddialı şəxslər seçki prosesinə qatılıblar”.

QHT rəhbəri əlavə edib ki, yeni gənc namizədlərin də seçki prosesinə qoşulması, fəal təbliğat-təşviqat kampaniyası aparması seçkiöncəsi mühiti daha da stimullaşdırır.

Bir cavab yazın