Deputatlığa namizəd Səməd Vəkilovun şəhid ailələri ilə görüşü davam edir – FOTO
28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd Səməd Vəkilov Ağdam uğurunda gedən döyüşlərdə şəhid olmuş Firuz Əli oğlu Bayramovun ailə üzvləri ilə görüşüb.
Görüşdə şəhidin böyük qardaşı Sabir Bayramov bildirib ki, Sabunçu ərazisində illərdi fəaliyyət göstərən 22 saylı orta məktəbə Firuz Bayramovun adı verilsə də, xatirə lövhəsi və büstünün hələ də qoyulmaması onlarda narahatlıq hissi yaradıb.
Namizəd Səməd Vəkilov məsələnin həlli üçün müvafiq qurumlara müraciət edəcəyini xatırladıb və əlavə edib ki, vətən uğrunda həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmiş şəxslər ən ali hörmətə və diqqətə layiq şəxslərdir.Bu qəhrəmanların sücaəti gənclər arasında daima təbliğ olunmalıdır və gənc nəsil müstəqilliyimizin şəhid qanları bahasına əldə olunduğunu əsla unutmamalıdırlar.
Görüşdə Sabunçu batalyonunun veteranları Zövrab Nəsibov, Əhməd Vəkilov, həmçinin şəhid Tacəddin Aslanovun qardaşı oğlu Bəhruz Aslanov da iştirak edib.