Lənkaranlılar Rüfət Quliyevə və icra başçısına etiraz etdi – QALMAQAL
Deputatlığa namizəd Rüfət Quliyev Lənkaranda çətin anlar yaşayıb. Seçicilər deyib ki, İcra başçısı ilə əlbir olub məktəbi baxımsız qoyan namizəd bizə lazım deyil.
İxa.az xəbər verir ki, lənkaranlılıar yaranan probilemlə bağlı icra başçısı və deputatlığa namizəd Rüfət Quliyevə etiraz edib.
Beləki, baxımsızlıqdan uçan bina Lənkaran 7 saylı tam orta məktəbin binasıdır. Həm də 73 saylı Lənkəran Seçki Dairəsinin 2 saylı seçki məntəqəsi də bu binada yerləşir. Binanın baxımsızlıqdan bu halda olması rayon rəhbəri və deputatların başına heç də ucalıq gətirmir.
Deməli, 2019-cu ilin mart-aprel aylarında məktəbdə deyilib ki, artıq bu məktəb bağlanır (yəni, yenidən tikiləcək) və sizi müvəqqəti 9 saylı məktəbə köçürdürük. Məktəbin kitabxanası, labaratoriya və digər bir neçə hissəsi köçürülüb. Amma nə hikmət olubsa, birdən icra hakimiyyətindən deyilib ki, köçürülmə dayanır və burda təhsil almağa davam edirsiniz. Məktəbdə oxuyan şagirdlərin valideynlərinin sözlərinə görə, məktəbin yenidən tikilməsi üçün ayrılan maliyyə vəsaitini icra başçısı Taleh Qaraşov mənimsədiyinə görə, yeni məktəb binası tikilmir. Məktəbin pəncərələrinin əksəriyyəti qırıq, damı uçuq vəziyyətdədir. Nəzərə alsaq ki, Lənkərana yağışlar daha çox yağır. Bu halda siz vəziyyəti təsəvvür edin.
Bu məktəb binası 73 saylı Seçki Dairəsininin ərazisinə düşdüyü üçün valideynlər dəfələrlə deputat Rüfət Quliyevə müraciət etsələr də heç bir nəticə əldə olunmayıb. Valideynlərin biri deyir ki, Rüfət Quliyev deyib ki, “Guya, biz yaxşı məktəb binasında oxumuşuq ki” deyərək onları qəbuldan qovub. Valideynlər deyir ki məktəbin çox savadlı müəllimləri var amma gəl gör ki şərait bu vəziyyətdədir.
Qeyd edirlər ki qorxa-qorxa uşaqlarını bu məktəbə göndərirlər. Çox dəhşətli mənzərədir. Ölkənin ən böyük şəhərlərin birində belə vəziyyətin olması həqiqətən acınacaqlıdır.