FotoGündəmManşetSiyasətXəbər xətti

Elman Nəsirov təbliğat kampaniyasına şəhid ailələri ilə görüşlə başlayıb – FOTOLAR

Məlum olduğu kimi, 17 yanvar tarixindən etibarən növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasina start verilib. Yeni Azərbaycan Partiyasi (YAP) tərəfindən 68 sayli Cəlilabad kənd seçki dairəsi üzrə deputatliğa namizədliyi irəli sürülmüş Elman Nəsirov təbliğat və təşviqat kampaniyasına vətən yolunda canından keçən, hər birimiz üçün müqəddəs sayılan şəhidlərimizin ailə üzvləri ilə görüşlərlə başlayıb. Bu səbəbdən Cəlilabadın bir sıra kəndində olublar.

Aktor.Az Elman Nəsirov görüşlərlə bağlı fikirlərini öyrənib:

“19 yanvar saat 10:00-da Üçtəpə kəndindən olan şəhid atası Ağayev Fazil Bəhrəm oğlu ilə görüşdük. Son dərəcə ləyaqətli ağsaqqal olan Fazil müəllimlə çox səmimi söhbətimiz oldu. Bizdən bir neçə xahişi oldu, onları dərhal qeyd etdik, həlii istiqamətində bütün lazımlı işlərin görüləcəyinə dair onlara söz verdik.

Söhbətimizdə möhtərəm Prezidentimiz İlham Əliyevin şəhid ailələrinə xüsusi diqqət ayırdığı, keçən il onlara 934 mənzil, bütövlükdə 7590 mənzil verildiyi vurğulandı.

19 yanvar saat 11:00-da isə Gülməmmədli kəndində şəhid atası Kərimov Əlizamin Fəyaz oğlu ilə görüşdük. Şəhid ailəsinin hal-hazırkı vəziyyəti, həyat güzəranları, problemləri ilə tanış olduq. Atanın xahişlərini nəzərə aldıq, bunun üçün bütün gücümüzü səfərbər edəcəyimizi bildirdik.

19 yanvar saat 12:00-da Əliqasımlı kəndində şəhid atası Əsədov Aqil Musa oğlu ilə görüşümüz baş tutdu. El ağsaqqalı olan Aqil kişi şəhid atası olması ilə qürur duyduğunu bildirdi. Səngərdə Vətən keşiyində duran hər əsgəri öz oğulu hesab etdiyini dedi.

Şəhid ailələri dövlətimizin başçısına onlara göstərdiyi xüsusi qayğıya görə dərin minnətdarlıqlarını ifadə etdilər.

Əziz seçicilər, bu gün gördüyüm bu isti münasibətə, xoş rəftara görə hamınıza Yeni Azərbaycan Partiyası və öz adımdan dərin minnətdarlıq hissi keçirtdiyimi bildirmək istəyirəm. Heç şübhəsiz ki, sizin şəhid övladlarınız hamımızın balasıdır. Sizlər də bizə onların əmanətisiniz. Bu dövlətdə ən yüksək qayğı Sizlərə göstərilməlidir. Biz bu yolda əlimizdən gələn hər şeyi artıqlaması ilə edəcəyimizə dair  sizlərə söz veririk”.

Görüşlər davam edir.

 

 

Bir cavab yazın