GündəmManşetSiyasətVideo xəbərXəbər xətti

Azay Quliyevin son 4 illik deputatlıq fəaliyyətinə dair hesabat videoçarxı təqdim olunub – VİDEO

Xəbər verdiyimiz kimi, dünən – yanvarın 17-də 8 saylı Binəqədi birinci seçki dairəsindən “İslahatlara dəstək” seçicilərin təşəbbüs qrupunun deputatlığa namizədi, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevin təbliğat-təşviqat kampaniyasına start verib.

Aktor.Az xəbər verir ki, Azay Quliyevin 1000-dən çox seçicisi seçki qərargahının üzvü və könüllüləri kimi seçkilərin təbliğat və təşviqat mərhələsinə fəal şəkildə qoşulub.

Böyük izdiham yaşanan sözügedən toplantıda Azay Quliyevin istər qanunverici orqanda, istər vətəndaş cəmiyyəti sektorunda, istərsə də ATƏT-dəki peşəkar fəaliyyəti, bilik və bacarığı ilə seçilən, yüksək mənəviyyata malik, dövlətinə, millətinə və prezidentinə sadiq bir şəxs olması görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Önəmli məsələlərlə birgə tədbirdə həmçinin Azay Quliyevin ötən 4 ildəki deputatlıq fəaliyyətinə aid hesabat xarakterli videoçarx təqdim olunub.

Aktor.Az həmin çarxı diqqətə çatdırır: