MQF institusional inkişaf sahəsinə aid tədbir keçirəcək
Azərbaycan Milli QHT Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” adlı layihə icra edir.
Aktor.Az xəbər verir ki, layihə çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dəstəyi ilə “Qeyri-neft sektorunun inkişafı və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçiriləcəkdir.
Tədbir 23noyabr 2017-ci il, saat 12:00 –də Azadlıq prospekti 16/21, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas binasında keçiriləcək.Tədbirdə universitet, QHT və KİV nümayəndələri iştirak edəcəkdir.