FotoGənclər fonduXəbər xətti

“İmişli məktəblilərində İmadəddin Nəsimi yaradıcılığının təbliği” layihəsi keçirilib – FOTOLAR

14,15,16 yanvar 2020-ci il tarixlərində İmişli rayonundakı orta məktəblərdə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “İmişli məktəblilərində İmadəddin Nəsimi yaradıcılığının təbliği” adlı layihə reallaşdırılıb.

Aktor.Az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun 13-cü qrant müsabiqəsində qalib elan olunan sözügedən layihənin gedişatında əsas məqsəd gənclərin, məktəblilərin diqqətini İ.Nəsiminin yaradıcılıq mirasına cəlb etməyə, onu öyrənməyə, şeirlərini təbliğ etməyə, həmçinin Nəsiminin Azərbaycan şeirinin, ədəbiyyatının təkmilləşməsində, azad ruhlu insanın yetişməsindəki fəaliyyətini cəmiyyətə çatdırmaqdan ibarətdir.

Orta məktəblərdə keçirilən açılış mərasimlərində tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nəzrin Cəlallı öz nitqində Azərbaycan Respublikası Gənclər Fonduna gənclərə göstərdiyi dəstək üçün minnətdarlığını bildirib, layihənin əsas məqsəd və hədəflərindən söz açıb, daha sonra məktəblilər yazdıqları inşaları oxuyaraq təqdim ediblər. Sonda ekspertlər tərəfindən seçilən inşaların müəllifləri diplomlarla mükafatlandırıldı.