Yenidən güclü zəlzələ baş verdi-İranda
İran-İraq sərhədində yenidən zəlzələ baş verib.Zəlzələ Mehram şəhərinin qərbində, İraq sərhədinə 29 km uzaqlıqda, yerin 10 km dərinliyində qeydə alınıb. Yeraltı təkanların gücü 5.3 bal olub.
İlkin məlumatlara görə, ölüm faktı qeydə alınmayıb. İnsanlar gecəni küçələrdə keçirib.
Xatırladaq ki, keçən həftə İran-İraq sərhədində baş verən 7.3 bal gücündəki zəlzələ nəticəsində 530 nəfər ölüb, 8 min insan isə ağır yaralanıb.