“Müsavat”dan qeydə alınmış namizədlərin sayı açıqlandı
Arif Hacılı Müsavat Partiyasının qeydə alınan namizədlərinin sayını açıqlayıb.Aktor.Az xəbər verir ki, o bu barədə öz feysbuk hesabında məlumat verib:
“Namizədlərin qeydə alınması müddəti başa çatdı.
Müsavat Partiyasının 63 namizədi 59 seçki dairəsi üzrə millət vəkilliyinə namizəd kimi qeydə alındı.
3 milyona yaxın seçicini əhatə edən seçki dairələrində namizədlərimiz olacaq. Digər dairələrdə müxalifət blokları namizədlərini, müstəqil namizədləri, gənc fəalları müdafiə etmək niyyətindəyik.
Dairələr üzrə namizədlərimiz, hədəflərimiz, planlarımız barədə sabah saat 14-də Müsavat qərargahında keçiriləcək mətbuat konfransında məlumat veriləcək.
Başlayırıq, dostlar.
Dövlətimiz və xalqımız üçün xeyirli-uğurlu olsun!”