İqtisadiyyatManşetXəbər xətti

“Azərsun Holding” məhsullarının qiymətini BAHALAŞDIRDI

“Azərsun Holding” öz istehsal müəssisələrində emal və istehsal olunan məhsullarının 80 faizinin qiymətini artırıb.Unikal.org-un məlumatına görə, şirkət xarici partnyorları ilə ölkədə satışı həyata keçirdiyi məhsulların qiymətini də bahalaşdırıb.

Belə ki, “Azərsun Holding” bütün növ yağ, düyü, konserv məhsullarında 7-15 faizdən çox artım edib.

1 kq “Super Sun” (əvvəl 6.30 qəpik – hazırda 6.80 qəpik),

2 kq “Super Sun” (əvvəl 11.50 qəpik – hazırda 12.50 qəpik),

4 kq “Super Sun” (əvvəl 27 manat – hazırda 28.50 qəpik),

1 kq “Ana Bala” ( əvvəl 4 manat – hazırda 4.50 qəpik),

2 kq “Ana Bala” (əvvəl 7.50 qəpik – hazırda 8.20 qəpik),

0.5 litrlik “Final” (əvvəl 1.60 – hazırda 1.70 qəpik),

2 litirlik “Final” (əvvəl 4.80 qəpik – hazırda 5.50 qəpik),

1 litirlik “Möcüzə” (əvvəl 4 manat – hazırda 4.50 qəpik),

“Sultan” düyüsünün 2 kiloqramı (hazırda 8 manat – əvvəl 7.50),

mayanez 400 qramlığı (hazırda 1.80 qəpik – əvvəl 1.50),

100 qramlıq “Beta-Tea” çayı (hazırda 2 manat – əvvəl 1.90 qəp),

250 qramlığı 5 manat (əvvəl 4.50 qəpik),

qreçka və mərcinin qiymətində 0.30 və 50 qəpik arası artım qeydə alınıb.

Qeyd edək ki, “Azərsun Holding” qiymət artımına yeni ildən başlayıb. Qiymət artımı ilə bağlı “Azersun Holding”-in prezidenti Abdulbari Gözəl və  şirkət təmsilçiləri ictimaiətə məlumat verməyib.

Bir cavab yazın