Nazir Bakı yol polisinə yeni rəis TƏYİN ETDİ
Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.BakuPost xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşid Priyev gətirilib.
BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Priyev icra edirdi.
Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.
Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.
Rəşid Priyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.