FotoXəbər xətti

188 nömrəli evakuatorun sürücüsündən gənc şairə kobudluq

Bugün, günorta saatlarında Xətai royonu Sarayevo küçəsində yol hərəkəti qaydasının kobud şəkildə pozulmsı qeydə alınıb. Gənc şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident təqaüdçüsü Tural Balabəylinin(Səfərli Tural Faiq oğlu) idarə etdiyi 90ZR 874 dövlət nömrə nişanlı “Hunday Akcent” markalı avtomobil 188 nömrəli evakuator xidməti ilə məşğul olan 90 VL 630 nömrəli maşının düzgün olmayan dönmə əməliyyatı zamanı ciddi xəsarət alıb.Evakuator xidməti avtomobilinin sürücüsü ona qarşı kobudluq edib və Yol Patrul Xidmətinin əməkdaşlarını gözləmədən hadisə yerini tərk edib.

 

Tural Balabəyli

 

Xətai rayon Polis idarəsinin Dövlət Yol Polis İdarəsinin əməliyyatşısı, polis kapitanı Polad Xəlilov T.Balabəylinin müraciətindən sonra hadisə yerində olub və yaxınlıqdakı kameralardan görüntüləri əldə edib. Dəfələrlə 188 nömrəli evakuator xidmətinə telefon açsa da, Tamella adında dispetçer xanım, bu haqda rəhbərliyə müraciət edəcəklərini, indilərdə isə onları narahat etməməyi məsləhət görüb. Tural Balabəylinin atası şair Faiq Balabəylinin hadisə ilə bağlı bizə verdiyi məlumatda onu da əlavə edib ki, özünü təqdim etməyən dispetçer xidməti ilə məşğul olan digər xanım bu şirkətin kimə məxsus olduğunu bilməməklərindən təəssüf etdiyini, yaxşı olar ki, özlərini “zibilə” salmamağı məsləhət görüb və “bu bir hadisədir – olub, olub”, – şəkilində dialoqa son verib.

Hadisə diqqətdə saxlanılır!

 

Faiq Balabəyli

Bir cavab yazın