DünyaGündəmManşetSiyasətXəbər xətti

İranın “vurulan ABŞ bazaları” adı ilə yaydığı fotolar saxta çıxdı — FOTO

Bu gecə İran sui-qəsd nəticəsində öldürülən generalı Qasım Süleymaninin intiqamını almaq üçün ABŞ-ın İraqdakı iki bazasını ballistik raketlərlə vurmuşdu.

 

Avropa.info xəbər verir ki, ABŞ tərəfindən təsdiqlənən hücumda İran 20 ABŞ əsgərinin öldüyünü iddia etsə də, sonradan bu iddia təkzib olunmuşdu.

İran yönlü hesabların sosial şəbəkələrdə paylaşdığı və ABŞ bazasının vurulduğu iddia olunan fotoların saxta olduğu ortaya çıxıb.

Ananadolu Agentliyinin jurnalisti Oğuz Akakrın bildirdiyinə görə paylaşılan fotolar 3 ay əvvəl İsrailin Qəzzaya endirdiyi zərbələrin görüntüsüdür.

 

Bir cavab yazın