Onlar iranlı generalın dəfnində həlak oldular
İranın cənub-şərqində yerləşən Kirman vilayətində keçirilən iranlı generalın dəfn mərasimində bir qrup insan həlak olub.
Bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib. Bu barədə Trend təşkilatın informasiya portalına istinadən məlumat verib.
P.Kulivəndin sözlərinə görə, izdiham nəticəsində yaralananlar təcili yardım maşınların ilə müalicə mərkəzlərinə çatdırılıblar.
Kulivənd əlavə edib ki, hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, təsdiqlənməyən məlumatlara əsasən 35 nəfər həlak olub, 48 nəfər yaralanıb.