KriminalXəbər xətti

Zaqatalada qadını maşın vurub öldürdü

Zaqatalada yolu keçən piyadanı avtomobil vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlum görə, dünən axşam saatlarında Zaqatala şəhəri Nizami küçəsində rayonun Yuxarı Tala kənd sakini Sulxayev Murad idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən piyada Zaqatala şəhər sakini Fərasət Davudovanı vurub və nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.