FotoManşetSosialXəbər xətti

Sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil edilib – FOTOLAR

Dekabrın 24-də Xan Bağı restoranında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Bakı şəhəri, Binəqədi rayonu üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il” münasibətilə bayram tədbiri keçirilib.
QHT.az xəbər verir ki, bayram tədbirində sağlamlıq imkanları məhdud uşaqlar, onların valideynləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən layihə rəhbəri Cəsarət Hüseynzadə bildirib ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilir.
Cəsarət Hüseynzadə Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir iştiakçılarını təbrik edib, ölkəmizdə uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən dövlət qayğısından, onların cəmiyyətə inteqrasiyası üçün yaradılan şəraitdən danışıb.
Cəsarət Hüseyznadə qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu xeyirxah missiya ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə uşaqların sağlamlığının qorunması, onların hərtərəfli inkişafı ə digər soisal yönümlü mühüm fəaliyyətlər həyata keçrilir.
Cəsarət Hüseynzadə eyni zamanda layihə haqqında məlumat verərək bildirib ki, Binəqədi rayonu üzrə icma əsaslı sosial reablitasiya xidmətlərin göstərilməsi üçün sağlamlıq imkanları məhdud olan 50 uşaq müəyyən edilib, fərdi qayğı planları hazırlanıb, funksional bacarıqların tam və ya qismən bərpa olunması, ailələrə dəstək verililməsi, valideyn bacarıqlarının inkişafına yönəldilmiş xidmətlər həyata keçirilməkdədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Davud Rəhimli, QHT rəhbərləri Azər Əliyev, Gülnarə Hüseynova, Ruhiyyə Məmmədova, Səbinə Kərimova, Cəmilə Abdulova, Gulaya Səfərova, Samirə Mustafayeva və digərləri çıxış edərək icma əsaslı sosial reablitasiya və günərzi qayğı mərkəzlərinin sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasında, ailələlərə dəstək olmasında mühüm rol oynadığını bildiriblər.
Valideynlər adından çıxış edən Şamama Məmmədova təşkilatçılara təşəkürünü bildirib.
Bayram şənliyində Şaxta baba və Qar qızın çıxışları uşaqlar tərəfindən sevinclə qarşılanıb. Bayram tədbirində uşaqlar rəqs edib və asudə vaxtalırını birlikdə keçiriblər.
ŞƏRHLƏR

Bir cavab yazın