KriminalXəbər xətti

Tovuzda bıçaqlanma

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Bayramlı kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Əzizov Ramin İsmayıl oğlu bıçaqlanıb.

Yaralı 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisə şəxsi zəmində baş verib.