Təkcə üzr istəmək kifayət deyil – Ərdoğan
Norveçdə keçirilən təlimlər zamanı Mustafa Kəmal Atatürkün şəkili “şərti düşmən” stendində əks olunduqdan sonra edilən üzrxaxlıq kifayət deyil.
Trend-in məlumatına görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Siz dünən Norveçdə NATO-nun təlimləri zamanı Türkiyəyə qarşı hörmətsizliyi gördüz. Helə səhvlər var ki, onlar ağılsız deyil, alçaq insanlar tərəfindən edilir. Bu mövzunun bağlı hesab olunması üçün tək üzr istəmək kifayət deyil”, – deyə Ərdoğan bildirib.
Ölkə prezidenti NATO-nun Norveçdəki təlimlərindən türk hərbiçilərinin geriyə çağırılması barədə qərarın qəbul olunduğunu da bildirib.