Xəbər xətti

Yasamalda yanğın: 23 nəfər təxliyə olunub

Paytaxtda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Aktor.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 23 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.