Gənclər fonduGündəmManşetSosialXəbər xətti

“Azərbaycan-tükənməz xəzinə!” layihəsinə start verilir

Azərbaycanda “Azərbaycan – tükənməz xəzinə!” layihəsinin icrasına start verilir. Aktor.Az xəbər verir ki,layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc fəal Elminaz Qəhrəmanova tərəfindən həyata keçiriləcək.

Layihənin əsas məqsədi ekoloji maarifləndirmənin təşkili prosesində gənclərin aktiv cəlb edilməsinə nail olmaqdır.Gənclərdə vətənə dərin məhəbbət, vətənin tərəqqisi üçün çalışmaq və vətənin bütün maddi və mənəvi sərvətlərini daima qorumaq və artırmaq,onu müdafiə etmək hissləri aşılamaqdan ibarətdir.

Qeyd etmək yerinə düşər ki, gənclərdə bu sahəyə maraq yaratmaqla bərabər, həm də bu istiqamətlər üzrə Azərbaycan nümunəsinin xüsusiyyətləri və üstünlükləri ilə bağlı informasiyaların mənimsənilməsinə meylin artırılmasıdir.

Layihənin həyata keçiriləcəyi 3 ay ( 25 noyabr 2018 – 25 fevral 2019) müddətində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisəsi və 2 kollecin tələbələri üçün təlimlər həyata keçiriləcək.

Bu layihə çərçivəsində həyata keçiriləcək təlimlər vasitəsilə Azərbaycan modeli haqqında gənclərə geniş, hərtərəfli məlumatların verilməsi, onların bu sahədəki bilikləri ilə bağlı fikir və təcrübə mübadiləsinin aparılması, habelə mütəxəssislərlə geniş müzakirələrin gerçəkləşməsi imkanları təmin ediləcək.

Hesab olunur ki, layihənin həyata keçirilməsi nəticəsində gənclərimizdə ekoloji məsələlərin həlli ilə bağlı bilgilər artacaq. Bu isə öz növbəsində gənclərdə dünyagörüşün formalaşmasına, Azərbaycanın bu sahədə maraqlarının qorunması istiqamətində biliklərinin artmasına gətirib çıxaracaq.

Azərbaycan Respublikasının Gənclər Fondunun feysbuk səhifəsi:  https://www.facebook.com/youthfundaz/