KriminalManşet

Gəncədə “Prado” qadını vurub öldürdü

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə şəhərin M.Abbaszadə küçəsində qeydə alınıb.

Həmin küçədə hərəkətdə olan “Toyota Prado” markalı avtomobil yolu sağdan sola keçmək istəyən rayon sakini, 1955-ci il təvəllüdlü Sevil Babayevanı vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.