GündəmManşetSiyasətXəbər xətti

Azərbaycan dünyanın ən güclü ölkələri sırasında

Elman Nəsirov: “Prezident İlham Əliyevin dərinləşən islahatlar kursu, ölkəmizi müasirləşdirmək siyasəti ona gətirib çıxarıb ki, artıq Azərbaycan sözün həqiqi mənasında bütün parametrlər üzrə inkişaf tempinə malikdir”Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşıb. Bununla da ölkəmiz Portuqaliya, Kolumbiya, Tailand, Argentina, Çexiya, Xorvatiya və digər başqa ölkələri qabaqlayıb. “U.S.News” jurnalında dərc olunan reytinq siyahısında ümumilikdə 80 ölkə yer alıb. Ən güclü ölkələrin üçlüyünə ABŞ, Rusiya və Çin daxildir. Siyahı Ümumi Daxili Məhsul (ÜDM), əhalinin sayı, sosial rifah səviyyəsi parametrləri əsasında tərtib olunub. Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində süpətlə irliləməsini şərtləndirən səbəblər hansılardır?

Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, Azərbaycanın ÜDM, əhali sayı, sosial rifah səviyyəsinə görə, dünya üzrə 45-ci yerdə qərarlaşmasının kökündə ölkəmizdə ardıcıl olaraq aparılan və dərinləşən siyasi kurs, keçirilən islahatlar dayanır: “Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə söyləyib ki, Azərbaycan tarixində heç bir zaman indiki qədər güclü dövlət olmayıb. Cənab Prezidentin  bu sözlərini artıq dünyanın reytinq təşkilatlatlarının müxtəlif hesabatları da təsdiqləyir. “U.S.News” jurnalının 80 dövlət arasında apardığı monitorinqinin nəticələrinə görə, Azərbaycan dünyanın ən güclü ölkələri sırasında 40-cı mövqedə yer alıb. Bu reytinqinə görə, ölkəmiz çox inkişaf etmiş Avropa ölkələrini, Çexiya, Xorvatiya, Portuqaliya və digər ölkələri belə üstələyib. Bu reytinqdə götürülən mühüm parametrlərə ümumi daxili məhsul, əhalinin rifah səviyyəsi, demoqrafik vəziyyət kimi amillər daxildir. Azərbaycanın bu müstəvidə yüksək yer tutması da təsadüfi deyil.

Məsələ ondadır ki, Prezident İlham Əliyevin dərinləşən islahatlar kursu, ölkəmizi müasirləşdirmək siyasəti ona gətirib çıxarıb ki, artıq Azərbaycan sözün həqiqi mənasında bütün parametrlər üzrə inkişaf tempinə malikdir. Azərbaycan çoxdan öz inkişafına görə regional səviyyəni aşıb. Ölkəmiz inklüziv inkişaf səviyyəsinə görə, dünyanın inkişaf etməkdə olan 80 ölkəsi arasında 3-cü yerdədir. Bunun özü də çox yüksək nəticədir. Son Rio Olimpiadası da göstərdi ki, Azərbaycan idmanın inkişafı sahəsində dünyada 14-cü yerə çıxıb. Dünya Bankının hesabatına görə isə Azərbaycan biznesin inkişafı baxımından dünya miqyasında 25-ci yerdə qərarlaşıb. Ölkəmiz 20 ən islahatçı ölkə sırasındadır.Azərbayan infrastruktur layihələrinin reallaşdırılması səviyyəsinə görə dünyada 31-ci yerdə məskunlaşıb. Nəqliyyat və yolların səviyyəsinə görə isə 27-ci yerdəyik.  İslahatlara meyllilik səviyyəsinə görə 5-ci, uzunmüddətli  strategiyaya görə isə 10-cu yeri  tuturuq.  Bütün bunların hamısının analizi o qənaətə gəlməyə əsas verir ki, Azərbaycan atılan addımlar, dövlət başçısının həyata keçirdiyi sistemli, məqsədyönlü siyasəti nəticəsində çox sürətlə inkişaf edir. Bunu dünya da görür və dəyərləndirir. O baxımdan da ölkəmizin dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşması təbiidir, anlaşılandır.

Eyni zamanda, qazandığımız nəticələri dünyanın qəbul etməsi olduqca sevindiricidir. Bu yaxınlarda Qlobal Təhlükəsizlik İndeksi də elan olundu. Həmin indeksə görə də Azərbaycanın mövqeyi kifayət qədər yüksək idi. Ən təhlükəli ölkə Əfqanıstan hesab edilib. Ondan uzaqlaşdıqca, rəqəm böyüdükcə, bu amil həmin ölkənin təhlükəsiz olduğunun göstəricisi hesab edilib. Azərbaycan bu mənada həmin göstəricidə 103-cü yeri tutmuşdu. Müqayisə üçün qardaş Türkiyə 16, ABŞ 20-ci yerdə qərarlaşmışdı. Bu amil də bir daha o qənaətə gəlməyə əsas verir ki, sözün həqiqi mənasında Azərbaycan öz tarixinin ən güclü dövlətinə çüevrilib və bu proses davam etməkdədir. Azərbaycan bu gün dünənkindən güclüdür, sabah isə bu günkündən də güclü olacaq. Buna xalqımız inanır, ona əmindir. Məhz bu siyasətin davam etdirilməsi naminə xalqımız Prezident ətrafında daha sıx birləşir və onun bütün təşəbbüslərini dəstəkləyir”.

Bir cavab yazın