FotoManşetTəhsilXəbər xətti

AzTU-nun tələbəsi Avropa çempionu oldu – FOTO

Dekabrın 12-15-də Azərbaycanda karatenin Kempo növü üzrə Avropa
çempionatı keçirilib. Çempionata 20 ölkədən 600-ə yaxın idmançı qatılıb.

Aktor.Az xəbər verir ki, ölkəmizi 63 kq çəki dərəcəsində Azərbaycan Texniki Universitetinin (AzTU)
2-ci kurs tələbəsi Əli Abdullazadə təmsil edib. O, bütün rəqiblərinə qalib
gələrək Avropa çempionu olub.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tələbə Əli
Abdullazadə ilə görüşüb, uğurlar arzu edib.

Xatırladaq ki, Əli Abdullazadə 2019-cu ilin mayında karatenin kempo növü
üzrə dünya çempionu olub.

 

Bir cavab yazın