İdmanXəbər xətti

AzTU-nun tələbəsi dünya kuboku yarışının qalibi oldu

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Juboksinq citsu üzrə növbəti Dünya Kuboku yarışı keçirilib.

Yarışa dünyanın 9 ölkəsindən müxtəlif çəki dərəcələrindən olan idmançılar qatılıb. Ölkəmizi 55 kq çəki dərəcəsində təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsinin 3-cü kurs tələbəsi Əli Hacıyev bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb.Bu barədə Aktor.Az-a Univdersitetdən verilən məlumatda deyilir.

AzTU-nun rektoru Vilayət Vəliyev idmançı tələbəmiz və onun məşqçisi Hikmət Mahmudovla görüşüb, onları qələbə münasibətilə təbrik edib, gələcəkdə daha böyük uğurlar arzulayıb.

Bir cavab yazın