Wednesday, July 9, 2025
Ana SəhifəSiyasətABŞ səfiri: "Senatın qətnaməsi Ağ Ev siyasətini əks etdirmir"

ABŞ səfiri: “Senatın qətnaməsi Ağ Ev siyasətini əks etdirmir”

“ABŞ Senatı tərəfindən “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsi Ağ Ev administrasiyasının rəsmi siyasətini əks etdirmir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger deyib.

“Bu qətnamə qanunverici orqanın sənədidir. Senat bu məsələ ilə bağlı qərar qəbul edib və biz bunu nəzərə almalıyıq”, – o deyib.

Səfir həmçinin ABŞ və Türkiyənin, o cümlədən NATO çərçivəsində də müttəfiq olduqlarını vurğulayıb: “Biz yaxın dost və tərəfdaşıq. Dostluğumuzu davam etdirəcəyik”.

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments