FotoGündəmManşetTexnologiyaXəbər xətti

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub proqramını təqdim edir – FOTOLAR

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkəti dekabrın 3-6 tarixlərində Bakıda keçirilən Baku Tel 2019 – 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi istiqamətində icra etdiyi “Azerbaijan Digital Hub” proqramını təqdim edir.

Aktor. Az xəbər verir ki, AzerTelecom şirkətinin Baş direktoru Fuad Allahverdiyevin sözlərinə əsasən, sərgidə proqramın icra mərhələləri çərçivəsində həyata keçirilən layihələr barədə sərginin yerli və xarici iştirakçılarına ətraflı məlumat verilir. “AzerTelecom 2018-ci ildən başlayaraq Azərbaycanın Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramının icrasına başlayıb. Proqram 3 mərhələdən ibarət olmaqla, magistral infrastruktur quruculuğunu, Bakının İnternet Mübadilə Mərkəzinə çevrilməsini, Azərbaycanda iri Data mərkəzin tikilməsini və ümumilikdə rəqəmsal ekosistemin qurulmasını nəzərdə tutur. Biz hazırda “Digital Hub” proqramı çərçivəsində ilkin infrastruktur quruculuğu mərhələsindəyik və həm ölkə daxilində, həm də ölkə xaricində iri infrastruktur quruculuğu layihələri icra edirik. Ölkə xaricində magistral infrastruktur quruculuğu Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanlarına malik magistral kabel xəttinin çəkilməsini nəzərdə tutur. İki istiqamətdən – Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarət olan layihə Azərbaycandan keçməklə Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolunu formalaşdıracaq. Şirkətimizin iştirakı ilə bu yaxınlarda dövlət-özəl sektor Konsorsiumu da təsis edilib və biz Konsorsiumun Azərbaycanın regionda rəqəmsal qovşaq olaraq mövqeyinin daha da güclənməsi, rəqəmsal texnologiyaların müxtəlif sahələrdə tətbiqinin daha da genişlənməsinə töhfə verməsi istiqamətində fəaliyyət göstəririk” – deyə Fuad Allahverdiyev bildirib.

Qeyd edək ki, sərgidə həmçinin “Azerbaijan Digital Hub” proqramının logosu da təqdim olunub.

“AzerTelecom” – Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.

 

 

Bir cavab yazın