GündəmManşetSiyasətXəbər xətti

İstanbulda lll Gənclər Festivalına start verilib

“Türk Konseyinin Gənclər Platformasının Baş Assambleyasının nümayəndələri olaraq qurumun lll Gənclər Festivalında iştirak edirik”.

Bunu Aktor.Az-a Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud deyib.

Onun sözlərinə görə, türk dünyasının müxtəlif ərazilərində yaşayan gənclərin ortaq dil, tarix və mədəniyyətə söykənərək birgə gələcək inşa etməsi və konsaldasiyası üçün mövcud imkanlardan səmərəli istifadəni hədəfləyən festival çərçivəsində konfrans və digər tədbirlər keçiriləcək.