FotoGündəmManşetXəbər xətti

“SƏLİS Jurnalist” müsabiqəsinin münsifləri ilə görüş keçirildi: Kimlər qalib gələ bilər?

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında “SƏLİS Jurnalist” müsabiqəsinin münsifləri ilə görüş keçirilib.Görüşdə Şura sədri, deputat Azay Quliyev, Şura əməkdaşları və ölkənin tanınmış 5 media orqanının rəhbərləri iştirak ediblər.

Aktor.Az xəbər verir ki, qonaqları salamlayan Şura sədri Azay Quliyev “SƏLİS Jurnalist“ yazı müsabiqəsi, müsabiqənin şərtləri və indiki dönəmdə keçirilməsinin şərtləndirən amillər haqqında danışıb. Məlumat verilib ki, müsabiqə mövzuları 3 istiqamət üzrə olacaq: “Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları”, “İctimai nəzarətin effektiv təşkili” və “Milli maraqların qorunması və QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər”
Müsabiqədə hər mövzu üzrə ilk 3 yeri tutan qaliblər yüksək pul mükafatı (1-ci yer – 1200, 2-ci yer 800 manat, 3-cü yer – 500 manat) və SƏLİS Xidmətin qiymətli xatirə prizi ilə mükafatlandırılacaq.

Azay Quliyev münsiflər heyyətinin tərkibinin formalaşdırılması haqqında deyib ki, münsiflər Azərbaycan mediasının tanınmış simaları, ədalətli mövqeyi ilə seçilən, ictimai etimad qazanmış şəxslərdilər. Onların verəcəyi qərar media və cəmiyyət tərəfindən ədalətli, tərəfsiz və doğru seçim kimi qəbul olunacağına böyük inam var.

Sonra münsiflər heyyətinin üzvləri çıxış edərək, onlara verilən böyük etimada görə təşəkkür ediblər. Müzakirələr zamanı yazıların qiymətləndirilməsi kriteriyaları, bal sistemi, gizliliyin qorunması üçün tətbiq olunacaq şərtlər səsləndirilib, münsiflərin kimliklərinin qaliblərin təqdimat mərasiminə qədər məxfi saxlanılması haqda yekdil qərara gəlinib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi elan edib. Azərbaycan Respublikasında, həmçinin ölkədən kənarda fəaliyyət göstərən jurnalist və araşdırmaçılar iştirak edəcəyi bu müsabiqə 5 noyabr – 5 dekabr 2019-cu il tarixlərini əhatələyir. 5-15 dekabr 2019-cu il tarixlərində Ekspertlər Qrupu müsabiqə qaliblərini müəyyən edəcək, 18 dekabrda təntənəli təqdimat mərasimi olacaq.

 

Bir cavab yazın