QHT Şurası 8 qurumla birgə qrant müsabiqələri elan edir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
Şura sədri Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın dövlət orqanları və digər qurumlar ilə birgə qrant müsabiqəsi elan etməsi barədə məlumat verib.
İclasda Şuranın elan etdiyi “SƏLİS Jurnalist” yazı müsabiqəsinin Müsabiqə Komissiyasının formalaşdırılması məsələsinə baxılıb və onun tərkibinin Azərbaycanın tanınmış 5 media qurumunun rəhbərlərindən ibarət olması haqqında qərar qəbul edilib.
Şura üzvləri İlqar Məmmədov, Sahib Məmmədov, Şahin İsmayılov, Əliməmməd Nuriyev, Nərgiz Eyvazova, Emin Həsənli və Anar Xəlilov çıxış edərək gündəlikdəki məsələlər barədə rəy və təkliflərini bildiriblər.
Müzakirələrdən sonra Şuranın 8 qurumla birgə qrant müsabiqəsi keçirməsi haqqında qərar qəbul olunub.
Qrant müsabiqəsi 29 noyabr – 30 dekabr 2019-cu il tarixlərini əhatə edir.
Hər QHT ixtisaslaşdığı mövzu üzrə yalnız bir qrant müsabiqəsində iştirak edə bilər.
QHT-lər layihələrini Şuranın www.selis.az saytının “E-ərizə” bölməsi vasitəsilə təqdim edə bilər.
Qrant müsabiqələri elanının mətni Şuranın www.cssn.gov.az, www.selis.az və www.qhtxeber.az saytlarında yerləşdirilib.