GündəmManşetSiyasətXəbər xətti

Ərdoğan Makrona: Sən get öz beynini yoxla

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makrona beynini yoxlamağı tövsiyə edib.Trend-in məlumatna görə, bir müddət əvvəl E.Makron NATO-nun qüvvəsini itirdiyini və “beyin ölümü”nün gerçəkləşdiyini bildirmişdi.

R.T.Ərdoğan Türkiyənin NATO üçün vacib ölkə olduğunu vurğulayıb:

“Makron NATO-nun beyin ölümünü elan edib. Hörmətli Makron, sən əvvəlcə öz beynini yoxla, çünki bu cür açıqlamalar sənin kimi beyni ölən şəxslərə yaraşır”.

Türkiyə Prezidenti əlavə edib ki, E.Makronun terrorçuluqla mübarizə təcrübəsi yoxdur:

“Ona görə də “sarı jiletlilər” Fransanı zəbt edib. Nə qədər istəyirsiniz atılıb-düşün, amma Türkiyənin suverenliyinə hörmət edəcəksiniz”.

Bir cavab yazın