FotoManşetXəbər xətti

Elektron Hökumətin İnkişafı Mərkəzində QHT-lər üçün məlumatlandırma sessiyası keçirilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi ilə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsiylə bağlı birgə keçirdiyi qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası təşkil olunub. Tədbirdə hər iki qurumun əməkdaşları, həmçinin QHT və media nümayəndələri iştirak edib.

Məlumatlandırma sessiyasında QHT nümayəndələrinə Şuranın Elektron Hökumətin İnkişafı Mərkəzi ilə birgə keçirdiyi qrant müsabiqəsinin mövzuları, şərt və qaydaları ilə bağlı ətraflı məlumat verilib. Qeyd olunub ki, bu müsabiqə üzrə QHT-lərdən “Regionlarda yaşayan əhalinin elektron xidmətlər sahəsində məlumatlandırılmasına, bu xidmətlərdən istifadə və təhlükəsizlik qaydaları, eləcə də elektron xidmətlərdən istifadənin üstünlükləri haqqında maarifləndirilməsi”, “Elektron hökumət, elektron xidmətlər, rəqəmsal həllər sahəsində əhalinin maarifləndirilməsinin təmin edilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən jurnalistlərin formalaşdırılması və təkmilləşdirilməsi” və “Rəqəmsal hökumət həlləri” mövzusunda ali təhsil müəssisələri arasında yarış və müsabiqələrin keçirilməsinə dair təşəbbüslər” adlı mövzularda layihələr qəbul olunur.

Tədbirdə vurğulanıb ki, layihələrin səmərəli şəkildə icrası üçün QHT ixtisaslaşdığı, potensialını daha yaxşı şəkildə realizə edə biləcəyi istiqamətdə olan qrant müsabiqəsində iştirak etməlidir.

Məlumatlandırma sessiyasında Şuranın elektron xidmətlərinin cəmləşdiyi SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi barədə də ətraflı məlumat verilib.

Tədbirin sonunda Şura və Elektron Hökumətin İnkişafı Mərkəzinin nümayəndələri QHT-ləri maraqlandıran suallara cavab veriblər.

Bir cavab yazın