Tanınmış jurnalistə ağır itki
Trend Informasiya Agentliyinin əməkdaşı, tanınmış jurnalist Elgün Mənsimova ağır itki üz verib. Həmkərımızın atası qəfildən dünyasını dəyişib. Elgün Mənsimov Azinforum.az-a açıqlamasında məlumatı təsdiqləyib: “Atam çox sağlam idi. Yenicə 60 yaşı tamam olmuşdu. Səhəti ilə bağlı heç bir şikayəti olmayıb, aktiv həyat tərzi sürürdü. Gecə yatıb, səhər ayılmayıb. Ürəktutmasından rəhmətə gedib”.
Mərhum bu gün Binə qəsəbəsindəki məzarlıqda dəfn ediləcək. Allah rəhmət eləsin!