Xəbər xətti

“Könüllü gömrükçü”lər fəaliyyətə başlayıblar

Dövlət Gömrük Komitəsində formalaşdırılmış ikinci “Könüllü gömrükçü” dəstəsinin 10 nəfər üzvü 28 oktyabr tarixindən etibarən Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində fəaliyyətə başlayıblar.

Komitədən Aktor.Az-a verilən məlumata görə, könüllü gömrükçülərdən Sevil Əsgərova, Gülçöhrə Budaqlı, Gövhər Ağayeva, Aysu Məmmədzadə, Lalə Əhmədova, Nilgün Şahinqızı, Fidan Babayeva, Sevinc Babayeva, Gülsüm Quliyeva və Nisə Bağırova Hospitalın Çağrı Mərkəzində, Xəstə Xidmətləri, Sığorta, İnzibati İdarəetmə və Mühasibatlıq şöbələrinin işi ilə yaxından tanış olur və öz təcrübi bilik və bacarıqlarını daha da artırırlar.

Hospitalın Çağrı mərkəzinə daxil olan zənglərin cavablandırılmasından başlayaraq pasiyentləri həkimlərin müayinəsinə qədər aparan bütün proseslərdə əməkdaşlarımıza fəal kömək edən könüllü gömrükçülərimizin bir gününü sizinlə paylaşırıq. Bütün könüllü gömrükçülərimizə uğurlar arzulayırıq!

Bir cavab yazın