Xəbər xətti

Səbaildə yaşayış binasında yanğın olub

Bakının Səbail rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin bir otağında televizor və ev əşyaları 2 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Trend-ə verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.