FotoTəhsilXəbər xətti

AzTU və Boğaziçi Universiteti əməkdaşlığı genişləndirir – FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev İstanbulda Türkiyənin  Boğaziçi Universitetinin rektoru Prof. Dr. Mehmed Özkanla görüşüb.Bu barədə Aktor.Az Universitetdən verilən məlumatda deyilir.

AzTU-nun rektoru həmkarının dəvəti ilə bu günlərdə dünya Elektromobil Birliyinin (WEVA) Avropa qolunun üzvü olan AVERE Türkiyə elektromobil şirkətlərinin məhsul və xidmətlərinin Payız Festivalında iştirak edib.

Festival çərçivəsində rektor Vilayət Vəliyev elektrik maşınları sərgisinə baxıb, pilotsuz nəqliyyat vasitələri –  süni intellekt və robototexnika üzrə konfransa qatılıb.

Konfransdan sonra hər iki universitetin rektoru arasında keçirilən görüşdə AzTU və Boğaziçi Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Həmçinin AzTU-nun AVERE Türkiyənin üzvü olaraq fəaliyyətə başlaması istiqamətində razılıq əldə edilib.