KriminalXəbər xətti

Tərtərdəki qəzada maşın iki yerə bölündü – ölənlər var

Tərtər rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Azadqaraqoyunlu kəndi ərazisində qeydə alınıb.  

“VAZ 21011” markalı avtomobil idarə etməni itirərək daş betona dəyib. Nəticədə minik avtomobili iki hissəyə bölünüb.

Hadisə zamanı avtomobilin sürücüsü Rac Zeynalov və sərnişin Mahrux Məmmədova hadisə yerində ölüb.

Bir nəfər isə ağır xəsarət alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.