Xəbər xətti

Azərbaycanda daha bir nəfər dərmandan zəhərləndi

Şəkidə zəhərlənmə hadisəsi baş verib.Rayonun Baş Şabalıd kənd sakini, 1996-cı il təvəllüdlü Dəyanət Məmməd qızı Məmmədsoy axşam saatlarında zəhərlənmə əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstə müayinə olunduqdan sonra dərhal reanimasiya şöbəsinə köçürülüb.

Məlumata görə, 23 yaşlı D.Məmmədsoya hansısa dərman preparatı, yaxud iynə əks təsir edib. Nəticədə gənc qız zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.(Report)

Bir cavab yazın