ManşetŞou-biznesXəbər xətti

Murad Dadaşovun obyektində ölüm hadisəsi

Murad Dadaşovun sahibi olduğu “Côte d`Azur” şirniyyat evində ölüm hadisə ilə bağlı yayılan xəbərlər dezinformasiyadır.Bu barədə Oxu.az-a “M Group Production” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ölən xanım şirniyyat evinin nə işçisi, nə də müştərisi olmayıb:

“Dünyasını dəyişən xanım şirniyyat evinin qarşısından keçən zaman özünü pis hiss edib. O zaman işçilər və içəridə olan müştərilər xanımın özünə gəlməsi üçün mağazaya salıb, ona yardım ediblər. Xanımın vəziyyətinin pis olduğunu gördükdən sonra təcili tibbi yardım çağırıblar. Amma təcili tibbi yardım gələnə kimi xanım dünyasını dəyişib. Mağazanın içərisində ölüm ola bilər. Ancaq bu xanımı oranın işçisi kimi təqdim etmək düzgün deyil. İnsanlıq naminə xanıma kömək ediblər”.

Qeyd edək ki, bununla bağlı ilk məlumatı axşam.az saytı yayıb.

Bir cavab yazın