Miqrasiya Könüllüsü İctimai Birliyi ilə ATU arasında anlaşma memorandumu imzalanıb

Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Miqrasiya Könüllülərinin Universitetdəki bir aylıq könüllü fəaliyyətlərini yüksək qiymətləndirib. Qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Aktor.Az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs edib. Bildirib ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Bu baxımdan Miqrasiya Könüllülərinin də fəaliyyəti təqdirəlayiqdir.

Tədbir iştirakçılarına Miqrasiya Könüllülərinin fəaliyyəti haqqında təqdimat nümayiş etdirilib. Daha sonra anlaşma memorandumu imzalanıb.

Sənədi Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli və Miqrasiya Könüllüsü İctimai Birliyinin sədri Emil Gülmuradov imzalayıblar.

Memorandum gələcək əməkdaşlığın möhkəmləndirilməsinə və inkişafına mühüm töhfə kimi qiymətləndirilib. Əməkdaşlıq çərçivəsində Miqrasiya Könüllüləri bundan sonra da Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbələrin miqrasiya sahəsində sənədləşmə işlərinin, bu təhsil ocağında keçiriləcək tədbirlərin təşkilində, tələbələrin könüllülük fəaliyyətinə cəlb olunmasında yaxından iştirak edəcəklər.

Sonda xatirə şəkli çəkilib.


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle
kıbrıs casino - beton365 -
grandbetting
- superbetin girişkıbrıs casino - beton365 -
grandbetting
- superbetin giriş