Bakıda borca görə intihara cəhd – VİDEO
Kredit borcuna görə vətəndaş metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli binaya çıxaraq intihara cəhd edib.
Bunu bizimyol.info-ya paytaxt sakini Elvin Qasımlı bildirib.
O deyib ki, 16 mərtəbəli binanın damına çıxan 30-35 yaşında şəxslə polislər dil tapa biliblər: “İntihar cəhd edən şəxsi polislər xilas etdi. Post patrul xidməti maşını ilə onu bölməyə aparanda o dedi ki, borcu ödəyə bilmədiyi üçün inthar etmək istəyir”.